Münaqişənin həlli üçün 4 prezident birləşməlidir – Kazimirov
“Siyasi müstəvidə başlayan və tədricən hərbi müstəviyə keçən Dağlıq Qarabağ problemi hazırda irimiqyaslı hərbi münaqişəyə çevrilib, çoxsaylı insan itkisi və dağıntılarla müşayiət olunub. Lakin atəşkəsin imzalanmasından 25 ildən çox vaxt ötməsinə və Dağlıq Qarabağ məsələsi üzrə artıq uzun illərdir ki, danışıqlar aparılmasına baxmayaraq, münaqişə canlar almaqda davam edir.” – deyə, o bildirib.
Bununla belə, Kazimirova görə “digər beynəlxalq məsələlərdəki fikir ayrılıqlarına rəğmən Minsk qrupunun 3 həmsədri – ABŞ, Rusiya və Fransa Qarabağ məsələsi üzrə kifayət qədər səmərəli əməkdaşlıq edirlər və münaqişənin mütləq formada yalnız sülh yolu ilə həllinə çalışırlar.”
Ermənistanda baş verən son daxili siyasi dəyişiklərdən danışan Kazimirov, bunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsirinə də toxunub. Onun fikrincə, hazırda Ermənistanda şəxsi siyasi mübarizəsi gedir.
“Son zamanlar Ermənistanda daxili vəziyyət yenidən gərginləşib. Ölkənin keçmiş və hazırkı liderləri arasında toqquşma yaranıb. Bu cür qarşıdurma vəziyyəti çətin ki Bakı ilə danışıqlarda Ermənistanın xeyrinə olsun. Belə getsə, İrəvan danışıqlar prosesi və görüşlərin ləngidilməsi, yaxud pozulmasında ittiham oluna bilər.” – deyə, Kazimirov bildirib.
O hətta işğalçı ölkənin liderlərinə - Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və Nİkol Paşinyana çağırış edərək, şəxsi antipatiyanı bir kənara qoyub təcili bir araya gəlməyi və Qarabağ münaqişəsinin nzamlanmasilə bağlı vahid mövqe işləyib hazırlamağı məsləhət görüb.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Azərbaycan Ermənistan DağlıqQarabağ