Britaniya və Norveç Rusiyaya qarşı birləşdi
Bu məqsədlə London 3 milyard funt-sterlinq (təqribən 3,9 milyard dollar) dəyərində 9 ədəd, Norveç isə 5 ədəd “Boeing P-8 Poseidon” sualtı qayıq əleyhinə patrul təyyarələri alacaq. İlk təyyarə Britaniyaya 2019-cu ildə təhvil veriləcək və Şotlandiyanın Lossimut şəhəri yaxınlığındakı Britaniya hərbi hava qüvvələrinin bazasında yerləşdiriləcək. Norveç təyyarələrinə operativ və texniki dəstək də elə bu bazadan veriləcək.
İki Avropa dövlətinin bu qərarı Rusiyanın şimaldakı dənizlərdə və okeaniyada aktivliyinin yüksəlməsilə izah olunur. Bundan əvvəl Britaniyanın müdafiə naziri Hevin Uilyamson Rusiyanın Atlantikada hərbi fəallığının artmasilə bağlı bəyanat vermişdi.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Britaniya Rusiya Norveç