Konqressmenlərdən Trampa təklif – Türkiyəni Ermənistanla əvəzləyək
Lakin ABŞ prezidentinin administrasiyası “The Washington Free Beacon”un konqressmenlərin məktubu və Trampla Paşinyanın mümkün görüşü ilə bağlı sorğusuna şərh verməkdən imtina edib. Eləcə də Ağ Evin milli təhlükəsizlik şurası da məsələ ilə bağlı sualı cavablandırmaq istəməyib. Lakin Tramp administrasiyasının keçmiş üzvlərindən biri anonim şəkildə “The Washington Free Beacon”a bildirib ki, konqressmenlərin ünvanladığı məktubun mətni ilə tanışdır və bu müraciət Ermənistanla yeni əlaqələrin qurulması üçün fürsət yaradır.
“Ağ Ev mövcud vəziyyətdən istifadə etməlidir. İndiki vaxtda Türkiyə ABŞ-dan və bizim milli maraqlarımızdan üz döndərir. İrəvan isə bununla bağlı bizə çox şey təklif edə bilər. Ermənistan bizimlə yeni əlaqələrin qurulmasına can atır və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlindən gələn hər şeyi edir. Tramp bunu nəzərə almalı və Ərdoğan qarşısında geri çəkilməməlidir.” – deyə o bildirib.
Maraqlısı odur ki, “The Washington Free Beacon”dakı məqalədə Trampa göndərilən məktuba imza atan konqressmenlərin kimliyinə də xüsusi diqqət çəkilir. Onların sırasında Konqressin Nümayəndələr Paltasının xarici əlaqələr komitəsinin sədri Ed Roys, həmçinin, Trampın impiçment olunmasını istəyən demokrat konqressmen Adam Şiff də var.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: ABŞ Ermənistan Türkiyə Konqress







Vaxtında, Aydın, Lazımlı!


