Çində partlayış: 13 nəfər ölüb

Çində partlayış: 13 nəfər ölüb
  09 Avqust 2018    Oxunub:2918
Çinin Quyçjou əyalətinin Pançjou şəhərində yerləşən “Tsımutsiya” kömür şaxtasında baş verən partlayış nəticəsində 13 nəfər ölüb.
AzVision.az “İzvestiya”ya istinadən xəbər verir ki, kömür şaxtasındakı partlayışa səbəb qəfil qaz sızması olub. Nəticədə 4 şaxtaçı yerindəcə həlak olub, 9 nəfər isə itkin düşüb.

Çinin Mərkəzi televiziyası hazırda şaxtada aparılan bütün axtarış-xilasetmə işlərinin başa çatdığını bildirib. İtkin düşənlərin hamısı ölü tapılıb. İnsidentlə əlaqədar cinayət işi açılıb, istintaq aparılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Çin   Şaxta  



Xəbər lenti