Hansı mobil platformanı seçərdiz? - SORĞU

Hansı mobil platformanı seçərdiz? - SORĞU
  19 Oktyabr 2013    Oxunub:1176
“iOS” və “Windows Phone” mobil əməliyyat sistemləri ABŞ bazarında payını artıracaq.
“ITG Investment Research” şirkətinin əməkdaşları tərəfindən ABŞ-ın yaşlı sakinləri arasında keçirilən sorğu yaxın illər ərzində “iOS” və “Windows Phone” mobil əməliyyat sistemlərinin ölkənin smartfonlar bazarında mövqeyini möhkəmləndirəcəyini müəyyən edib.

Belə ki, respondentlərə növbəti mobil aparat alan zaman hansı mobil platformaya üstünlük verəcəkləri ilə bağlı sual verilib.

Bildirilir ki, sorğu iştirakçılarının 35 faizi “iPhone” modelini seçib. Lakin o da qeyd edilməlidir ki, hazırda “iOS” ABŞ-ın smartfonlar bazarında yayılması üzrə 27 faiz payla ikinci yeri tutur.

Respondentlərin 32 faizi “Android” sistemli qurğular almağa hazırdır. Hazırda bu əməliyyat sistemi 34 faizlə ABŞ bazarında liderlik edir.

Araşdırma iştirakçılarının daha 6 faizi “Windows Phone” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlara üstünlük verib. Hazırda ABŞ bazarında bu əməliyyat sisteminin payı yalnız 4 faiz təşkil edir.

Rəyi soruşulanların yalnız 1 faizi “BlackBerry” sistemini cəlbedici hesab edib. Hazırda bu əməliyyat sisteminin ABŞ bazarındakı payı 2 faizə bərabərdir.

Hazırkı “Windows Phone” və “BlackBerry” istifadəçilərinin müvafiq olaraq 59 və 80 faizi digər sistemlərə keçmək niyyətindədir. “iOS” və “Android” sistemlərində bu göstərici daha az – 14 və 23 faiz təşkil edir.


Teqlər:  





Xəbər lenti