“Sanksiyalar nüvəsizləşməyə təsir edəcək” –Pxenyan

“Sanksiyalar nüvəsizləşməyə təsir edəcək” –Pxenyan
  10 Avqust 2018    Oxunub:962
ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyaları genişləndirə bilməsi və sanksiyalarla təzyiqin güclndirilməsinə dair bəyanatları Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə təsir edə bilər.
AzVision.az bildirir ki, bu barədə Şimali Koreyanın mərkəzi xəbərlər agentliyi məlumat verib.

Şimali Koreyanın XİN rəsmisinin sözlərini sitat gətirən agentlik bildirib ki, ABŞ Şimali Koreyaya qarşı sanksiyaları gücləndirmək üçün bəhanələr axtarır və beynəlxalq görüşlərdə hər kəsi Pxenyana təzyiq etmək məsələsində əməkdaşlığa çağırır.

“ABŞ dialoq apardığı tərəfdaşına münasibətdə etika və simasını saxlamaqdan imtina etdiyi və əvvəlki administrasiyanın uğursuzluğa düçar olan ssenarisindən yapışdığı müddətcə, nüvəsizləşmə məsələsi də daxil olmaqla, Şimali Koreya və ABŞ liderlərinin birgə bəyanatlarının icrasında irəliləyiş gözləmək mümkün deyil.” – deyə, XİN rəsmisi bəyan edib. Bununla belə əlavə edib ki, Pxenyan Vaşinqtonla olan ikitərəfli razılaşmaların xoş niyyət və etimad atmosferi çərçivəsində mərhələli şəkildə yerinə yetirilməsini dəstəkləyir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   ŞimaliKoreya   Nüvə  





Xəbər lenti