Kremldə ABŞ-ın sanksiyaları müzakirə olunub

Kremldə ABŞ-ın sanksiyaları müzakirə olunub
  10 Avqust 2018    Oxunub:5161
Rusiya prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasını keçirib.
AzVision.az xəbər verir ki, bu barədə danışan Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, iclasda ABŞ-ın Rusiyaya qarşı tətbiq edə biləcəyi yeni sanksiyalar məsələsi müzakirə olunub.

Putin qeyd edib ki, ABŞ-ın bu cür məhdudlaşdırıcı tədbirləri beynəlxalq hüquq baxımından tamamilə qanunsuzdur.

Təhlükəsizlik Şurasının iclasında həmçinin, Rusiyanın sosial-iqtisadi inkişafı qarşısında duran mövcud problemlər, o cümlədən, “Xəzər beşliyinin” (Azərbaycan, İran, Qazaxıstan, Rusiya, türkmənistan) 12 avqustda Qazaxıstanın Aktau şəhərində keçiriləcək sammitinə hazırlıq məsələləri müzakirə edilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti