Ermənistanda biznesmenlər aksiya keçirir
“Onlar bütün şəhəri terrora bürüyürlər, hamını qorxudurlar. 13-14 nəfər vergi işçisi birləşib yoxlamalar aparırlar. 300 min dram məbləğində malı olan mağazalara 500-600 min dram cərimə kəsirlər. Təlimata uyğun olaraq kassa-nəzarət aparatlarını yoxlamağa gələrkən qanun pozuntusu aşkarlamayanda başlayırlar təlimatsız formada işçiləri yoxlamağa. Təki yoxlamağa və cərimə yazmağa bir bəhanə olsun.” – deyə, etiraz edən tacirlərdən biri bəyan edib.
Aksiyanın kütləviləşdiyini görən Ermənistanın Dövlət Gəlirləri Komitəsinin başçısı David Ananyan hazırda etirazçılarla görüşə gəlib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan aksiya