Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan
AzVision.az-a verilən xəbərə görə, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Salyan rayonunun Yenikənd kənd sakini, 40 yaşlı Ramil Hüseynov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları satdığı mağazadan maddi sübut kimi götürülüb. Faktla bağlı Salyan RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
AzVision.az