“Yazıq gəlinimi erməni elan etmişdilər” - Elmar Məmmədyarov
Eks-nazir XİN rəhbərləri ilə əlaqələri barədə danışıb: “Əlaqələrimiz getdikcə kəsildi. Amma bəzi nazirlərlə yazılı söhbətləşmələrim olur. Tez-tez Lavrovla, Mövlud Çavuşoğlu ilə danışırıq. Macarıstanın XİN başçısı hər dəfə mənə təbriklər göndərir, Qazaxıstanın keçmiş naziri ilə zəngləşirik. Amma bu aralar mənimlə daha çox əlaqə saxlayanlar jurnalistlərdir.
Lavrovla çox danışırıq, axırıncı dəfə Rusiyada terror hadisəsi olanda başsağlığı göndərdim. O da məmnuniyyətlə qəbul etdi. Biz danışmışıq ki, Moskvaya getsəm, görüşək, bir çay içək. 4 ildir Moskvaya getmirəm, bu yaxınlarda bir tədbirlə bağlı səfər planlaşdırıram”.
E. Məmmədyarov övladlarının illər əvvəl Nyu-Yorkda 2 bahalı mənzil alması ilə bağlı xəbərə də münasibət bildirib: “Onu deyən şəxslər bilmir ki, Amerika bank sistemi necə işləyir. Hansı bankla əməliyyat etmişəm, yazışmaların hamısı var. Evdə bununla bağlı 5 kiloqrama yaxın sənəd var, hamısını saxlayıram. Ona görə də mən rahatam. Bu, mənə qarşı kampaniya idi, özü də bilirəm ki, bunun arxasında kim dayanırdı. Amma bu böhtanların heç biri mənə dəymir, mən elə şeylərə fikir vermirəm. Mənim yazıq gəlinimi erməni eləmişdilər. Atası italyan, anası irlandiyalı, özü amerikandır. Başa düşmürdü, deyirdi ki, mənim üstümə niyə düşüblər?”
AzVision.az
Teqlər: