ABŞ Cənubi Qafqaz ölkələrindəki seçkilərə müdaxiləyə hazırlaşır – Rusiyalı ekspert
“İstisna deyil ki, Obamanın qərarının ləğv edilməsi vasitəsilə ABŞ Rusiya və Çin kimi ölkələrin yox, Gürcüstan və Ermənistan kimi tərəddüd edən, xarici siyasətlərində ikili çatlar yaranan dövlətlərin daxili işlərinə ciddi şəkildə qarışmağa, onlarda keçirilən seçki proseslərinə müdaxilə etməyə hazırlaşır. Çünki, bu ilin yazında şahidi olduğumuz kimi cəmiyyətində ciddi parçalanma gedən Ermənistanda seçki texnologiyalarından asanlıqla istifadə edilə bilər”, – deyə Fenenko vurğulayıb.
Rusiyalı politoloq, həmçinin qeyd edib ki, Trampın bu qərarı ilə ABŞ özünə qarşı kiber hücum həyata keçirməkdə ittiham etdiyi ölkələrin əleyhinə istənilən növ güc tətbiqi üçün əsas əldə edəcək: “Müəyyən dövlətlərin kiber hücumlarda ittiham olunması imkanları genişlənəcək. Yəni ABŞ özünə qarşı kiber hücumun təşkil edildiyini deyərək, cavab tədbirləri norma halına salınmasa belə, qarşı tərəfə istənilən növ güc tətbiq etməkdə tam hüquq əldə edir və bunun üçün qanuni əsas yaradır”.
Lakin Fenenkonun fikrincə, 2011-ci il təcrübəsindən dərs çıxaran Vaşinqtonun Rusiyaya qarşı kiber hücumdan istifadə etməsi çətin olacaq. Çünki ABŞ Rusiyada kifayət qədər elektoral bazaya sahib deyil və onun tərəfdarları yalnız müəyyən ziyalılar təbəqəsidir. Bu mənada, iqtidarın siyasətini dəstəkləyən cəmiyyətlərdə seçkilərə müdaxilə uğursuz nəticələr verir.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: ABŞ Rusiya CənubiQafqaz Seçkilər