Putin, Ərdoğan və Ruhani Tehranda görüşəcək

Putin, Ərdoğan və Ruhani Tehranda görüşəcək
  16 Avqust 2018    Oxunub:1252
Rusiya, Türkiyə və İran prezidentləri sentyabrda Suriya münaqişəsinin həlli üçün bir araya gələcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, prezidentlərin görüşünün Tehranda keçirilməsi planlaşdırılır.

“Üç ölkə liderinin Suriya münaqişəsinin həlli ilə bağlı zirvə görüşünün sentyabr ayında keçirilməsi ilə bağlı diplomatik iş həyata keçirilir. Diplomatik kanallar vasitəsilə görüşün dəqiq tarixi müəyyən ediləndə ictimaiyyətə açıqlama veriləcək”, - deyə Peskov bildirib.

AzVision.az


Teqlər: Ruhani   Ərdoğan   Putin  



Xəbər lenti