Koçaryanın geri dönüşünün səbəbləri - Paşinyanla bağlı sensasion iddia
AzVision.az xəbər verir ki, Koçaryan nəinki Ermənistanda, o cümlədən regionda baş verən proseslərdən, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış yeni vəziyyətdən və İrəvanın müttəfiqliyə yaraşmayan tərzdə Moskvaya münasibət göstərməsindən narahat olduğunu bildirib.
“Siyasətə qayıtmağımın ən vacib səbəbi geosiasi vəziyyətdir. Xəritəyə baxın və görün ki, Ermənistan hansı ölkələrlə əhatə olunub. Türkiyə 10 il əvvəlki ölkə deyil. İndi Türkiyə tam şəkildə müstəqildir və biz görürük ki, o qonşuları ilə özünü necə aparır. Biz Türkiyənin Azərbaycanla münasibətlərindən və həll olunmamış Qarabağ münaqişəsindən də haliyik. Və bunların hamısını bir yerə toplayaraq yaranan geosiyasi mənzərəyə baxın, görün nə deməkdir. Ermənistanın yeni hökuməti bütün bunları dərk etmir”, – deyə Koçaryan bildirib.
Sabiq prezidenti onu da vurğulayıb ki, ordunu və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinin fəaliyyətini gözdən salmaq, onlara qarşı etibarsız münasibət sərgiləmək olmaz və bu, qətiyyən yolverilməzdir: “Hazırkı hökumət özünü ordudan uzaq tutur və anlamır ki, bu cür vəziyyətdə bizim dövlətçiliyimizin qarantı yalnız güclü ordudur. Hökumət Ermənistanın uzun illər boyu çətinliklə nail olduğu balansı pozan addımlar atır.”
Koçaryanın fikrincə, baş nazirin Ermənistanın imicinə zərbə vuran hərəkətləri şübhə doğurur. Bu kontekstdə o, hətta Paşinyanın dolayısilə Azərbaycandan maliyyələşdiyini də istisna etməyib.
“Yeni hökumətin təcrübəsi yoxdur, mən bu məsələdə onları qınamıram. Axı Sorosun qrantları hesabına QHT-lərdə tamam başqa işlərlə məşğul olan bir adamda hansı təcrübə olacaq ki? Zənnimcə, maliyyə mənbəyinin kimliyi artıq bu barədə hər şeyi deyir. Bəlkə həmin mənbə Azərbaycandan, bəlkə də müxtəlif fondlar vasitəsilə Türkiyədəndir”, – deyə Koçaryan şübhələnib.
Sabiq prezident qeyd edib ki, məqsədyönlü şəkildə ordunu dağıtmaq və hərbçiləri konstitusiya quruluşunun devrilməsində ittiham etmək Ermənistanın müdafiəsi məsələsinə ciddi xələl gətirib. Bütün bunlar Paşinyan hökumətinin məsuliyyətsiz addımlarıdır.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan Türkiyə Azərbaycan Ordu







Vaxtında, Aydın, Lazımlı!


