4 ölkə liderinin Ankara sammitinə ilk razılıq gəldi
“Yüksək səviyyədə (dövlət başçıları səviyyəsində - red.) görüş razılaşdırılmayıb. Bizimlə razılaşdırılıb, amma digər iştirakçılarla yox”, – deyə rusiyalı rəsmi bildirib. Onun sözlərinə görə, sammitin başlıca mövzusu humanitar yardım məsələləri də daxil olmaqla Suriyada əməkdaşlıq olacaq. Digər bir mənbə isə agentliyə bildirib ki, sammitin keçirilməsinədək Fransa və Almaniyanın suriyalı qaçqınlarla bağlı vəziyyətin tənzimlənməsinə qoşulması məsələsi dörd tərəfin diplomatları ilə ayrıca müzakirə olunacaq. Əvvəlcə Avropa nümayəndələri türklərlə, sentyabrda isə ruslarla müzakirə aparacaqlar.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu cür görüşün keçirilməsinə dair hansısa razılığın olmadığını bildirmişdi.
Xatırladaq ki, iyulda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 7 sentyabrda İstanbulda Türkiyə, Rusiya, Almaniya və Fransa liderlərinin sammitinin keçiriləcəyini bəyan edib. Onun sözlərinə görə, danışıqların əsas mövzusu Suriya böhranı və digər regional problemlər olacaq. Ekspertlər bunun Suriyada siyasi nizamlanma üzrə Astana prosesi iştirakçılarının da yer aldığı yeni format olacağını ehtimal edirlər.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Türkiyə Rusiya Fransa Almaniya Suriya







Vaxtında, Aydın, Lazımlı!


