"Vaşinqton Avropa ölkələrinə təzyiq edir" - Trampın köməkçisi

"Vaşinqton Avropa ölkələrinə təzyiq edir" - Trampın köməkçisi
  20 Avqust 2018    Oxunub:2304
İranın nüvə silahı əldə etməsinin qarşısını almaq ABŞ-ın prioritet xarici siyasət hədəflərindən biridir.
AzVision.az “Haaretz”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib. Boltonun sözlərinə görə, İrana qarşı müvafiq preventiv fəaliyyətə keçməsi üçün Vaşinqton Avropa ölkələrinə təzyiq göstərməyə davam edir.

Netanyahu isə bəyan edib ki, İsrail ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyalar irəli sürməyə hazır olmasını alqışlayır və təqdir edir. Baş nazir onu da vurğulayıb ki, İsrailin ABŞ-dan yaxşı dostu yoxdur və Vaşinqtonun dəstəyini yüksək qiymətləndirir.

Netanyahunun sözlərinə görə, Con Boltonun İsrailə səfəri hər iki ölkənin İran, Suriya, Qəzza zonası və digər məsələlər üzrə mövqelərini koordinasiya etməyə imkan verir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İsrail   İran   Nüvə  





Xəbər lenti