Ankara ABŞ səfirliyinin atəşə tutulmasını pislədi
“Bu, açıq şəkildə xaos yaratma cəhdidir. Türkiyə təhlükəsiz ölkədir. Bütün xarici nümayəndəliklər qoruma altındadır. Hadisə araşdırılmaqdadır və ən qısa zamanda aşkara çıxarılacaq".
Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində ABŞ-ın Ankarada yerləşən səfirliyi atəşə tutulub. Naməlum şəxslər ağ rəngli avtomobildən səfirliyin binasına atəş açaraq hadisə yerindən qaçıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.
Kənan Məmmədov
AzVision.az