Rusiya Serbiyaya “MiQ-29”lar verdi
Vuçiç bildirib ki, Rusiya 6 ədəd istifadə olunmuş “MiQ”ləri Serbiyaya pulsuz, 2-sini isə böyük məbləğ tələb edən təmirdən keçirdikdən sonra verib. Vuçiçin sözlərinə görə, pulsuz verilən “MiQ-29”ların təmiri Belqrad üçün 185 milyon avroya (213 milyon dollar) başa gələcək.
Qeyd olunur ki, hərbi cəhətdən neytral olduğunu bəyan edən Serbiya hücum və nəqliyyat helikopterlərinin, həmçinin hava hücumundan müdafiə sistemlərinin alınması üçün Moskva ilə danışıqlar aparır. Lakin Belqradın bu davranışı Balkanlarda gərginliyi yüksəldə və Rusiyanın regiondakı təsirini artıra bilər. O da vurğulanır ki, Serbiya formal olaraq Avropa İttifaqına qoşulmaq istədiyini bildirsə də, Moskvanın siyasi təsiri altında Kremlə sarı istiqamətlənib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Serbiya Rusiya “MiQ-29”