50 dollar borcla işə başladı, indi 5 min mağazası var - FOTOLAR
O, yenicə işə başlamaq məqsədi ilə atasından 50 dollar borc alıb. Ortaq tanışının vasitəsilə "Onitsuka" adlı şirkətə baş çəkən Phil Knight ilk razılaşmanı əldə edərək ölkəsinə qayıdıb və ayaqqabı satışına başlayıb.
İşləri yaxşı gedən Knight getdikcə daha çox sifariş alıb və bununla da iş dünyasına qədəm qoyub.
1972-ci ildə "Onitsuka" şirkəti ilə yollarını ayıran gənc iş adamı "Nike" adlı brend istehsal etmək qərarına gəlib.
1974-cü ilə "Nike" artıq 14 milyonluq büdcə ilə tanınmış şirkətə çevrilib. İllər keçdikcə idman ayaqqabılarının istehsalı ilə məşğul olan "Nike" dünyanın ən məşhur brendi kimi tarixə düşüb.
Qısaca, qeyd etmək olar ki, 50 dollar borcla işə başlayan Phil Knightin hazırda dünyada 5 min mağazası var.
AzVision.az