Çin polisi Yaponiya ilə mübahisəli ərazilərə daxil oldu

Çin polisi Yaponiya ilə mübahisəli ərazilərə daxil oldu
  24 Avqust 2018    Oxunub:1962
Çin Dəniz Polisi Şərqi Çin dənizində Yaponiya ilə mübahisəli Diaoyu (Senkaku) adalarının akvatoriyasına daxil olaraq orada patrul xidməti həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Çin Dəniz Polisinin mətbuat xidməti məlumat yayıb.

“Çin Dəniz Polisinin eskadrasındakı “2305” nömrəli patrul gəmisi ərazi sularında patrul həyata keçirib”, – deyə məlumatda bildirib.

Qeyd edək ki, Yaponiya Senkaku (Diaoy) adalarını öz ərazisinin tərkib hissəsi hesab edir. 1970-ci illərdən isə Çin Diaoyu (Senkaku) adalarının ona məxsus olduğunu iddia edir. Bundan əvvəl Yaponiya XİN mübahisəli adalara Çin hərbi-polis gəmilərinin yaxınlaşmasilə bağlı dəfələrlə etirazını bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Yaponiya   Çin  



Xəbər lenti