"İdlibdə hərbi nizamlanma fəlakət olacaq" – Çavuşoğlu

"İdlibdə hərbi nizamlanma fəlakət olacaq" – Çavuşoğlu
  24 Avqust 2018    Oxunub:2665
Suriyanın İdlib təhlükəsizlik zonasında istənilən hərbi nizamlanma variantı fəlakətə səbəb olacaq.
AzVision.az xəbər verir ki, bunu bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla rəsmi görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Suriyada atəşkəsi davam etdirmək üçün Rusiya ilə əməkdaşlığa davam etməliyik. İdlib təhlükəsizlik zonasının müdafiəsi insanlıq və terrorla mübarizə baxımından önəmlidir. İdlibdə istənilən hərbi nizamlanma fəlakətə səbəb olacaq”, – deyə türkiyəli nazir bəyan edib.

Çavuşoğlu onu da vurğulayıb ki, Türkiyə və Rusiya arasındakı yaxşı münasibətlər regionun sabitliyi baxımından böyük önəm daşıyır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Rusiya   Suriya   İdlib  



Xəbər lenti