Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindi

Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindi
  27 Avqust 2018    Oxunub:2312
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları bu gündən qüvvəyə minib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni sanksiyalara əsasən, Dövlət Departamenti Rusiyaya mülki aviasiya və kosmik sahədə ixrac istisna olmaqla, silah və ikitəyinatlı məhsulların ixracı üçün lisenziya verməyəcək.

Təcili humanitar yardım, qida və digər kənd təsərrüfatı məhsullarından başqa, ABŞ-ın Rusiyaya istənilən yardımı dayandırılıb.

AzVision.az


Teqlər: ABŞ   Rusiya   Sanksiya  



Xəbər lenti