Ermənistana keçən Pakistan vətəndaşları tutuldu

Ermənistana keçən Pakistan vətəndaşları tutuldu
  27 Avqust 2018    Oxunub:2903
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin əməkdaşları Türkiyə-Ermənistan sərhədini pozan şəxsləri saxlayıb.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Rusiya sərhədçiləri Araz çayını üzərək Ermənistan ərazisinə qanunsuz keçən iki Pakistan vətəndaşını ələ keçirib.
Adı açıqlanmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydaya uyğun olaraq Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Türkiyə   Sərhəd  



Xəbər lenti