Paşinyanı məyus edən qanun qəbul edildi

Paşinyanı məyus edən qanun qəbul edildi
  03 Oktyabr 2018    Oxunub:3382
Ermənistan parlamenti "Milli Məclisin reqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Erməni KİV-lərinin məlumatına görə, növbədənkənar iclas bir neçə dəqiqə davam edib. Baş nazir Nikol Paşinyanın çağırışı ilə "Yelk" fraksiyası səsvermədə iştirak etməyib. Layihənin lehinə 67 deputat səs verib.
Qeyd edək ki, qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur.

Nikol Paşinyan isə bu gün jurnalistlərə açıqlamasında növbədənkənar parlament seçkilərinin dekabr ayında keçiriləcəyini bildirmişdi.

AzVision.az


Teqlər: Ermənistan   Qanun   Parlament  



Xəbər lenti