Sabahın hava proqnozu
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 8-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Rayonlarda oktyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 1-dək respublika ərazisində gözlənilən sabit hava şəraiti kənd təsərrüfatı işlərinin, aqrotexniki tədbirlərin aparılması üçün əsasən əlverişli olacaq. Bu cür hava şəraiti yetişmiş meyvə və tərəvəzin yığılması üçün də münasib olacaq.







Vaxtında, Aydın, Lazımlı!


