“Əliyev və Paşinyanla Düşənbə görüşünü müzakirə etdik” - Rusiyalı həmsədr

“Əliyev və Paşinyanla Düşənbə görüşünü müzakirə etdik” -  Rusiyalı həmsədr
  02 Noyabr 2018    Oxunub:3754
"Qarabağdakı təmas xəttində, eləcə də Azərbaycan və Ermənistan sərhədində vəziyət bir qədər sabitləşib"

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə regiona səfərləri çərçivəsində Bakıda olan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov jurnalistlərə açıqlamasında deyib.
“Bu gün bizim səfərimiz başa çatır. İrəvanda, Dağlıq Qarabağda olduq və indi də Bakıdayıq. Biz Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı, Azərbaycan prezidenti və hər iki ölkənin müdafiə nazirlərilə görüşlər keçirdik. Birazdan Azərbaycanın XİN rəhbəri ilə görüşəcəyik. Diqqət mərkəzində Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanma prosesinin gedişi ilə bağlı məsələlər dayanır. Xüsusən də, biz iki ölkə liderləri arasında Düşənbədə baş tutan söhbəti müzakirə etdik. Əldə olunmuş və hazırda həyata keçirilən razılaşmaları da müzakirə etdik – təmas xəttində və sərhəddə nisbətən sabitləşən vəziyyəti nəzərdə tuturam. İrəvanla Bakı arasında qurulan əlaqə kanalı barədə də danışdıq”, – deyə Popov vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Popov   Həmsədr  



Xəbər lenti