Kolumbiyada qəza, 19 məktəbli xəsarət alıb

Kolumbiyada qəza, 19 məktəbli xəsarət alıb
  03 Noyabr 2018    Oxunub:3245
Kolumbiyada məktəbli avtobusu qəzaya uğrayıb.
TASS-ın yaydığı xəbərə görə, hadisə Monteriya və Arboletes bələdiyyələri arasındakı yolda baş verib.

Yerli konkisürmə yarışının iştirakçıları olan məktəbliləri daşıyan avtobus yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtobusun sürücüsü hadisə yerində ölüb, daha 19 məktəbli isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Polis hadisə ilə bağlı təhqiqat aparır. İlkin məlumata görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Azvision.az


Teqlər: Qəza  



Xəbər lenti