Rusiyada qatar yük maşını ilə toqquşub - Yaralılar var

 Rusiyada qatar yük maşını ilə toqquşub  - Yaralılar var
  03 Noyabr 2018    Oxunub:3531
Rusiyada Krasnodar diyarında, Timaşevsk və Vedimovsk dəmir yolu stansiyaları arasında sərnişin qatarı yük avtomobili ilə toqquşub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Minskdən Adlerə gedən qatar hərəkətdə olarkən yük avtomobili dəmir yoluna çıxıb.

Hadisə zamanı qatarın maşinisti və köməkçisi, 15 sərnişin və yük avtomobilinin sürücüsü xəsarət alıb.

Azvision.az


Teqlər: Rusiya   Qatar  



Xəbər lenti