Rusiyadan 15 milyardlıq hərbi texnika sifariş edilib

Rusiyadan 15 milyardlıq hərbi texnika sifariş edilib
  06 Noyabr 2018    Oxunub:3073
Rusiya prezidenti Vladimir Putin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə Komissiyanın iclasında xarici ölkələr tərəfindən Moskvaya edilən hərbi texnika sifarişlərin həcmini açıqlayıb.
Azvision.az “Russia Today”ə istinadən xəbər verir ki, Putin başqa ölkələrin Rusiyadan ümumilikdə 15 milyard dollar dəyərində hərbi texnika sifariş etdiklərini bildirib.

“Son illər hərbi təyinatlı məhsulların ixrac həcmi yüksək səviyyədə sabitliyini qorumaqla, 15 milyard dollar təşkil edir. Rusiya bundan sonra da öz tərəfdaşlarına əlverişli və rahat yeni əməkdaşlıq formaları təklif etməyə davam edəcək”, - deyə Putin qeyd edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti