Kaliforniyadakı silahlı hücumda 12 nəfər ölüb - VİDEO

 Kaliforniyadakı silahlı hücumda 12 nəfər ölüb -  VİDEO
  08 Noyabr 2018    Oxunub:3669
ABŞ-ın Kaliforniya ştatının cənubundakı Ventura dairəsinin Sauzand Oaks şəhərində yerləşən “Borderline Bar and Grill” barına silahlı hücum nəticəsində 12 nəfər ölüb.
Azvision.az “Washington Post”a istinadən xəbər verir ki, bu barədə Ventura dairəsinin şerifi Ceff Din jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ölən 12 nəfərdən biri silahlı hücum zamanı insanların köməyinə gələn ilk polis zabiti, 29 yaşlı çavuş Ron Helusdur.

Şerif qeyd edib ki, 15 dəqiqədən sonra bara daxil olan digər polis əməkdaşları hücum edən şəxsi ölü vəziyyətdə tapıblar. Onun intihar etdiyi, yaxud polislər tərəfindən öldürüldüyü hələ ki bilinmir. Hazırda ölən cinayətkarın kimliyi və hücumun səbəbləri müəyyənləşdirilir.

Ceff Din onu da bildirib ki, bara silahlı hücumum terrorizmlə əlaqəsi olduğuna inanmır, lakin istintaq zamanı bütün ehtimallar nəzərdən keçiriləcək.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: ABŞ   Kaliforniya  



Xəbər lenti