Yaponiyada radiasiya sızıntısı olub

Yaponiyada radiasiya sızıntısı olub
  08 Noyabr 2018    Oxunub:5689
Yaponiyanın İbaraki prefekturasının Tokay qəsəbəsində yerləşən nüvə obyektində radiasiya çirklənməsi baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiyanın Atom Enerjisi Agentliyi məlumat yayıb.

Bildirilir ki, radiasiya sızıntısı plutoniumun dəyişdirilməsini inkişaf etdirən obyektdə olub və radiasiyanın səviyyəsi 833 bekkerel (radioaktiv mənbənin aktivliyini ölçmə vahidi) təşkil edib.

Obyektin işçiləri radiasiya çirklənməsini ötən gün qaz və mayeni buraxmayan, havakeçirməz kip qapadılmış konteynerdə aşkar ediblər. Yaponiyanın Atom Enerjisi Agentliyinin məlumatına əsasən, sızıntıya səbəb konteyner qapağının kipliyini təmin edən rezin kompressorun aşınması olub.

Qeyd olunur ki, radiasiya sızıntısı nəticəsində nüvə obyektinin işçilərinə xəsarət dəyməyib və ətraf mühitə ziyan vurulmayıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Yaponiya   Nüvə   Atom  



Xəbər lenti