Tramp Ərdoğanla Kaşoqinin qətlini müzakirə edib

Tramp Ərdoğanla Kaşoqinin qətlini müzakirə edib
  11 Noyabr 2018    Oxunub:2990
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp səudiyyəli jurnalist Camal Kaşoqinin qətlini müzakirə ediblər.
Azvision.az xəbər verir ki, dövlət rəhbərlərinin söhbəti Fransa prezidenti Emmanuel Makronun adından Orse muzeyində verilən şam yeməyi zamanı baş tutub.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, orada bir neçə nəfər arasında münaqişə yaranıb və dava jurnalistin ölümünə səbəb olub. Qətldə şübhəli bilinən 18 nəfər istintaqa cəlb olunub.

Azvision.az



Teqlər: Tramp   Ərdoğan  





Xəbər lenti