Zakir Həsənov Rail Rzayevin qardaşına vəzifə verdi

Zakir Həsənov Rail Rzayevin qardaşına vəzifə verdi
  01 Noyabr 2013    Oxunub:6765
Qətlə yetirilmiş general-leytenant Rail Rzayevin qardaşı polkovnik-leytenant Rəfael Rzayevə yeni vəzifəyə təyinat alıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müdafiə Nazirinin qətlə yetirilmiş sabiq müavini Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Rail Rzayevin qardaşı polkovnik-leytenant Rəfael Rzayevə yeni vəzifə verib. AzVision.az-a bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat verib. Onun sözlərinə görə, Rəfael Rzayev Müdafiə Nazirliyində rəis vəzifəsinə təyinat alıb.

Ü.Cəfərov bildirib ki, Zakir Həsənov Rəfael Rzayevi Müdafiə Nazirliyinin Hərbi daşınmalar şöbəsinə (VOSO) rəis vəzifəsinə təyin edib: “Rail Rzayev qətlə yetirilən günün səhərisi Rəfail Rzayev o vaxtkı Şamaxı Rayon Hərbi komissarı vəzifəsindən azad edilərək ordudan tərxis edilmişdi”-deyə, hərbi ekspert əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti