Əfqanıstanda terror hücumu - 3 ABŞ hərbçisi ölüb

Əfqanıstanda terror hücumu -  3 ABŞ hərbçisi ölüb
  27 Noyabr 2018    Oxunub:3291
Əfqanıstanda kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 3 amerikalı hərbçi ölüb, daha 3-ü isə yaralanıb.

Azvision.az xəbər verir ki, bu barədə NATO-nun “Qətiyyətli dəstək” missiyasının rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, hadisə 27 noyabrda Əfqanıstanın Qəzni şəhəri yaxınlığında baş verib. Partlayış nəticəsində amerikalı podratçı da xəsarət alıb.

Hazırda yaralıların hadisə yerindən uzaqlaşdırıldığı və onlara tibbi yardım göstərildiyi deyilir.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Əfqanıstan   ABŞ  



Xəbər lenti