Suriya Türkiyəni müharibə ilə hədələdi

Suriya Türkiyəni müharibə ilə hədələdi
  29 Noyabr 2018    Oxunub:4277
“Türkiyə öz qoşunlarını Suriya ərazisindən tamamilə çıxarmalıdır.”

Azvision.az “Russia Today”ə istinadən xəbər verir ki, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bu cür tələblə çıxış edib.
“Əgər Türkiyə hakimiyyəti həqiqətən də Suriyaya kömək etmək istəyirsə, onda öz qoşunlarını Suriya ərazisindən çıxarmalıdır. Və ilk növbədə Suriya ərazisinə qanunsuz şəkildə girən türk qoşunları çıxarılmalıdır. Əgər Suriya hökuməti diplomatik yollarla türk qoşunlarının ölkə ərazisini tərk etməsinə nail olmazsa, onda başqa tədbirlər görüləcək” – Cəfəri Ankaraya xəbərdarlıq edib.

O, əlavə edib ki, türk qoşunları ilə yanaşı, Suriyadakı ABŞ və Fransa qüvvələri də ölkəni birdəfəlik tərk etməlidirlər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Suriya   ABŞ  



Xəbər lenti