Tramp Putinlə görüşdən imtina etdi

 Tramp Putinlə görüşdən imtina etdi
  30 Noyabr 2018    Oxunub:4725
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdən imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə Tramp “Twitter”də məlumat yayıb. Bildirib ki, görüşdən imtina etməsi Kerç boğazında baş verən insidentlə əlaqədardır.

Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin görüşü Argentinada G-20 sammiti çərçivəsində planlaşdırılırdı.

Azvision.az



Teqlər: Putin   Tramp  



Xəbər lenti