Səudiyyə vəliəhdi Argentinada neft bazarı axtarır
Vəliəhdin sözlərinə görə, Ər-Riyad limanların, magistral yolların tikilməsi və digər layihələrin icrası üçün tezliklə Hindistanın Milli İnvestisiya və İnfrastruktur Fonduna ilkin sərmayə yatırımını başa çatdıracaq.
ABŞ-ın Tehrana qarşı enerji sanksiyalarını nəzərə alaraq Məhəmməd bin Salman həmçinin, Hindistanın üçüncü ən böyük neft tədarükçüsü olan İranı bir növ əvəzləmək təklifi edib. Səudiyyənin “SPA” agentliyi bildirib ki, vəliəhd şahzadə Modiyə Ər-Riyadın Hindistanı neft və neft məhsulları ilə təchiz etməyə hazır olduğunu deyib.
Qeyd edək ki, G20 sammitində iştirak 6 həftə əvvəl səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda amansızcasına qətlinə əmr verdiyi iddia edilən Məhəmməd bin Salmanın bu cinayətdən sonra regiondan kənar ilk səfəridir. Sammit çərçivəsində vəliəhdin Rusiya prezidenti Vladimir Putinlə görüşərək dünya neft bazarındakı vəziyyəti müzakirə edəcəkləri planlaşdırılır.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Səudiyyə İran Hindistan ABŞ