Ərdoğan Trampla “F-35” gərginliyini müzakirə edib
“Bizim prezidentimiz (Ərdoğan) Buenos-Ayresdəki “G20” sammitində Trampla “F-35”lərə dair söhbət edib. Tramp bununla bağlı hansısa problem olub-olmadığını soruşdu. Biz də dedik ki, bu qırıcıları nəinki almaq, həm də onların birgə istehsalında iştirak etmək istəyirik. “F-35”lərin tədarükü ilə bağlı hələlik hansısa problem yoxdur və onların ləğvi barədə söhbət getmir” - Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, 2002-ci ildən etibarən ““F-35” Birgə Zərbə Qırıcı Proqramı”nda tərəfdaş kimi iştirak edən Türkiyə bu proqram çərçivəsində ABŞ-dan 100 ədəd “F-35” qırıcısı almağı planlaşdırır. Pentaqon ilk dəfə 21 iyunda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib. 2019-cü ilin martında isə Pentaqon Türkiyəyə daha 2 ədəd “F-35” verəcək.
Leyla Elbrusqızı
Azvision.az