ABŞ-ın itkin düşən hərbçiləri ölüb

 ABŞ-ın itkin düşən hərbçiləri ölüb
  11 Dekabr 2018    Oxunub:3188
Yaponiya sahillərində ABŞ hərbi dəniz piyadalarına məxsus 2 hərbi təyyarənin havada toqquşaraq dənizə düşməsi nəticəsində xəsarət alan 7 amerikalı hərbçidən 5-i ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ hərbi dəniz qüvvələri komandanlığının yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, insidentin baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyatları artıq başa çatıb.

Xatırladaq ki, ötən həftə Yaponiya sahillərindən 322 kilometr aralıqda ABŞ hərbi dəniz piyadalarına məxsus “KC-130” tipli yanacaq doldurma təyyarəsi ilə “F/A-18” tipli bombardmançı təyyarənin havada toqquşaraq dənizə düşməsi nəticəsində onların göyərtəsində olan 7 hərbçidən 5-i itkin düşmüş? 2-si isə Yaponiyanın dəniz müdafiə qüvvələri tərəfindən xilas edilmişdi.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Yaponiya   ABŞ  



Xəbər lenti