“Terrorçuların qonşu ölkələrə getmə ehtimalı var” - Putin
“Hər il Amerika ordusunu oradan çıxaracağı barədə məlumat verir. Hələ ki ABŞ qoşunlarının çıxarılmasının əlamətlərini görmürük. Ümumilikdə hesab edirəm ki, bu, mümkündür. Suriyadakı vəziyyətə gəlincə, bu ölkədə mövcud olan problemlərin nizamlanması üçün hazırda siyasi yolla danışıqlar aparırıq. Sonuncu görüşdə Suriyada Konstitusiya Komissiyasının qurulması üçün razılığa gəlinib. Bununla bağlı lazım olan bütün addımların atılacağını bəyan etmişik. Suriyadakı müxalifəti təmsil edən Türkiyə və digər ölkə - İran da buna razıdır”.
Qeyd edək ki, İsveçrədə görüşən Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Suriyada Konstitusiya Komissiyasının qurulması üçün razılığa gəlib. Nazirlərin adından açıqlama Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən oxunub. Lavrov 3 ölkənin xarici işlər nazirlərinin Suriya Konstitusiya Komissiyası məsələsində razılaşdığını elan edib.
İlkin Nəcəfzadə
Azvision.az