Prokurorluq məşhur aktyorlar barədə araşdırma başlatdı

 Prokurorluq məşhur aktyorlar barədə araşdırma başlatdı
  24 Dekabr 2018    Oxunub:6796
Türkiyənin iki məşhur aktyoru Müjdat Gəzən ve Mətin Akpınar barəsində prokurorluqda araşdırma başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə İstanbul Anadolu Baş Prokurorluğunun yaydığı rəsmi məlumatda bildirilib.

Qeyd edilib ki, buna səbəb hər iki aktyorun Uğur Dündarın "Xalq arenası" verilişində Türkiyə prezidenti barədə təhqiredici fikirlər səsləndirməsi, eləcə də vətəndaş müharibəsi və qiyama çağırışlar etməsinə dair iddialardır. Hər iki aktyor ifadələrinin alınması üçün prokurorluq orqanlarına çağırılıb.

Azvision.az



Teqlər: Aktyor   Prokurorluq  





Xəbər lenti