Əfqanıstanda hökumət binasına hücum: 43 ölü (VİDEO)
Bundan əvvəl isə ölənlərin sayı 28 nəfər idi.
Qeyd olunur ki, əvvəlcə Əfqanıstanın İctimai İşlər Nazirliyinin qarşısında avtomobil partladılıb, daha sonra isə təqribən 5 nəfər silahlı hökumətin binasına daxil olaraq ətrafa atəş açıblar. Hadisə yerinə gələn əfqan təhlükəsizlik qüvvələri 357 nəfəri binadan təxliyyə etməyi bacarıb. Terrorçularla qarşıdurmada silahlılardan 3-ü zərərsizləşdirilib. Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Əfqanıstan







Vaxtında, Aydın, Lazımlı!


