Bir gündə 2 min suriyalı qaçqın ölkəsinə qayıdıb

Bir gündə 2 min suriyalı qaçqın ölkəsinə qayıdıb
  26 Dekabr 2018    Oxunub:4897
Son sutka ərzində 2 min suriyalı qaçqın öz doğma yurdlarına qayıdıb.
Azvision.az xəbər verir ki, bu barədə Qaçqınların qəbulu, paylanması və yerləşdirilməsi Mərkəzinin məlumat bülletenində qeyd olunub.

“Son gün ərzində xarici dövlətlərdən Suriya Ərəb Respublikasına 2000 qaçqın qayıdıb. Onlardan 1134 nəfəri (340-ı qadın, 579-u uşaq) “Ceydət-Yabus” və “Tell-Kalax” keçid məntəqələri vasitəsilə Livandan, “Nəsib” keçid məntəqəsi vasitəsilə 866 nəfəri (260-ı qadın, 442-si uşaq) isə İordaniyadan gəlib” – məlumatda bildirilib.

Qeyd edək ki, 2018-ci ilin 18 iyulundan etibarən xarici dövlətlərdən Suriyaya ümumilikdə 76 min 948 qaçqın qayıdıb.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Suriya   Livan   İordaniya  



Xəbər lenti