Pompeo Moskva qarşısında tələb qoydu - Casus qalmaqalı

Pompeo Moskva qarşısında tələb qoydu -  Casus qalmaqalı
  02 Yanvar 2019    Oxunub:4725
“ABŞ Rusiya tərəfindən casusluqda ittiham olunaraq həbs edilən Amerika vətəndaşı, ABŞ Dəniz Piyadalarının təqaüddə olan hərbçisi Pol Uilanın dərhal sərbəst buraxılmasını və təhlükəsiz şəraitdə geri qaytarılmasını tələb edir”
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Braziliyaya səfərində bu cür bəyanat səsləndirib. Bildirib ki, ABŞ öz vətəndaşının hansı səbəbdən saxlanılmasına dair Moskvadan dəqiq izahat tələb edir.

“Biz açıq şəkildə Rusiyaya bildirdik ki, Uilanın nədə ittiham olunduğunu anlamaq və bu ittihamlarla bağlı daha çox məlumat əldə etmək istəyirik. Və əgər bu həbs əsassızdırsa, biz onun dərhal qaytarılmasını tələb ediirk” – Pompeo vurğulayıb.

Pompeo onu da deyib ki, ABŞ bir neçə saat ərzində Rusiyadakı konsulluğu vasitəsilə Pol Uilanla əlaqə yaratmağa ümid edir.



Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti 48 yaşlı ABŞ vətəndaşı Pol Uilanı 28 dekabrda paytaxt Moskvada Rusiya əleyhinə casusluq fəaliyyəti ilə məşğul olarkən cinayət başında saxladığını bəyan edib. Hazırda həbsdə olan amerikalıya qarşı “casusluq” maddəsi üzrə cinayət işi açılıb, müvafiq istintaq aparılır.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Braziliya   Rusiya   ABŞ  





Xəbər lenti