Filippində ölənlərin sayı 122-yə çatıb

Filippində ölənlərin sayı 122-yə çatıb
  03 Yanvar 2019    Oxunub:2639
Filippində “Usman” tropik qasırğasının səbəb olduğu güclü yağışlar və torpaq sürüşmələri nəticəsində həyatının itirənlərin sayı 122 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə “Rappler” xəbər portalı Filippinin təbii fəlakətlərin idarə edilməsi və risklərin azaldılması üzrə Milli Şurasına istinadən məlumat yayıb. Bundan əvvəl ölənlərin sayının 85 olduğu bildirilirdi.

Şuranın bu gün yaydığı hesabata əsasən, hazırda 28 insan itkin düşüb, 60 nəfər isə yaralanıb. Təbii fəlakət ümumilikdə 75 min insana təsir edib ki, onlardan 30 mini evakuasiya mərkəzlərində yerləşdirilib. Fəlakətdən ən çox zərər çəkən bölgə isə Cənubi Kamarines əyalətidir.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Filippin   Qasırğa  



Xəbər lenti