İrəvanda bir neçə ev yanaraq kül olub

İrəvanda bir neçə ev yanaraq kül olub
  03 Yanvar 2019    Oxunub:2528
Bu gün Ermənistanın paytaxtı İrəvanda bir neçə ev yanaraq kül olub.
Azvision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, səhər saat 05:00 - 05:30 arasında İrəvanın Kozern məhəlləsində yanğın baş verib. Qısa müddətdə ətraf ərazilərə yayılan yanğın nəticəsində 3 ev yanaraq külə çevrilib.

Yanğında ölən və yaralananların olmadığı bildirilir. Lakin qeyd olunur ki, evlərini və bütün əmlakını itirənlər indi küçədə qalıblar. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan   İrəvan  



Xəbər lenti