İran Atlantik okeanına hərbi gəmilər göndərəcək

İran Atlantik okeanına hərbi gəmilər göndərəcək
  04 Yanvar 2019    Oxunub:2112
İran mart ayından etibarən Atlantik okeanının qərb istiqamətinə hərbi gəmilər göndərəcək.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İranın dəniz qoşunlarının komandan əvəzi, kontr-admiral Turac Həsəni-Müqəddəm məlumat verib.

İranın bu addımı ABŞ-ın Bəsrə Körfəzində qırıcı təyyarə daşıyan gəmi yerləşdirməsinə cavab kimi qiymətləndirilir. Hələlik rəsmi Vaşinqton məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, ABŞ-a məxsus "USS John C. Stennis" qırıcı təyyarə daşıyan gəmi daxil olmaqla bır neçə hərbi gəmi Bəsrə Körfəzinə yerləşdirilib. İran İnqilab Keşikçilərinə məxsus 30-a yaxın gəmi onları müşaiyət edib, pilotsuz uçuş aparatları vasitəsilə ABŞ gəmilərinin görüntüləri lentə alınıb. Hətta gəmilərdən birindən raket sınağı həyata keçirilib.

Kənan Məmmədov
Azvision.az



Teqlər: İran   Gəmi   ABŞ  



Xəbər lenti