Taylandda turist avtobusu aşıb - Ölənlər var

Taylandda turist avtobusu aşıb -  Ölənlər var
  06 Yanvar 2019    Oxunub:2220
Taylandda ikimərtəbəli turist avtobusu qəzaya uğrayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Patumthani vilayətində baş verib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 50-ə yaxın turist yaralanıb.

Ölənlərdən 4-ü qadın, biri isə uşaqdır. Yaralananlar yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb. İlkin ehtimala görə, qəzaya yağışlı hava şəraiti səbəb olub.

Azvision.az



Teqlər:





Xəbər lenti