Şuşada bir erməni ailəsi məhv oldu

Şuşada bir erməni ailəsi məhv oldu
  09 Yanvar 2019    Oxunub:3995
Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində erməni ailəsinin 3 üzvü dəm qazından zəhərlənərək ölüb.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Şuşada yaşayan erməni ailəsi zənglərə cavab vermədiyindən onların evinə yanğın-xilasetmə əməkdaşları göndərilib.
Evə gələn xilasedicilər ərlə arvadın və onların 2014-cü il təvəllüdlü oğlunun cəsədini tapıblar.

2011-ci il təvəllüdlü digər uşaq isə Xankəndindəki xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bilidirilir.
Hazırda ölüm faktı ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Şuşa  



Xəbər lenti