Ərdoğan: “Əsla icazə verməyəcəyik!”
“Güclü olmadan təhlükəsizlikdə ola bilmərik, təhlükəsizliyimiz isə sərhədlərimizdən deyil, onun hüdudlarının kənarından başlayır. Ölkəmizə qarşı ən kiçik bir hücum edənlər belə bədəlini ağır ödəyəcəklər... Cənab Trampla da danışdığımız kimi, təqribən 30-32 kilometr bizim üçün bir dəhlizdir. Ölkəmizə qarşı bataqlıq halına çevriləcək bir təhlükəsizlik zonasının yaradılmasına əsla icazə verməyəcəyik. Təhlükəsizlik zonası ilə bağlı təklifimiz də terror təşkilatlarını Türkiyənin nəzarəti altında sərhədlərimizdən uzaqlaşdırmaq məqsədi daşıyır” – Ərdoğan bildirib.
Türkiyə prezidenti onu da vurğulayıb ki, Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə keçirəcəyi görüşdə də Suriyadakı vəziyyət və təhlükəsizlik zonasının yaradılması məsələsini müzakirə edəcəklər : “Cənab Putinlə də görüşəcəyik, dəyərləndirmə aparacağıq. Suriyanın ərazi bütövlüyünə qarşı çıxmırıq, Suriya suriyalılarındır.”
Leyla Elbrusqızı
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


