Samir Şərifov büdcə gəlirlərini açıqladı

Samir Şərifov büdcə gəlirlərini açıqladı
  12 Noyabr 2013    Oxunub:1176
"Bu ilin 8 ayı ərzində dövlət büdcəsinin gəlirləri 106, 1%i, yəni 12 milyard 890 milyon manat məbləğində icra olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 899 milyon manat və yaxud 17, 3 faiz çoxdur".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov çıxışında bildirib.

Onun sözlərinə görə, cari ilin 8 ayı ərzində dövlət büdcəsinin xərcləri 93, 3 faiz səviyyəsində, yəni 11 milyard 623 milyon manat icra olunub ki, bu da 2012-ci ili müvafiq dövrü ilə müqayisədə 19, 5 faiz və yaxud 1 milyard 899 milyon manat çoxdur:

"2014-2017-ci illər üzrə makroiqtisadi göstəricilər, o cümlədən gələn il ÜDM-in 5,2 faiz həcmində artırılması, qeyri-neft ÜDM-in 10 faizlik artım sürəti əsas götürülüb. Dövlət və icmal büdcə gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiyməti isə 100 ABŞ dolları səviyyəsində qəbul edilib. Gələn il üçün dövlət büdcəsinin mədaxili üzrə qeyri-neft gəlirlərini artırmaq, vergidən yayınmaların qarşısını almaq, vergi ödənişləri üzrə yaranmış borcların həcminin azaldılması istiqamətində tədbirləri gücləndirmək kimi işlər əsas prioritet məsələ kimi qəbul edilib".

Maliyyə naziri, həmçinin qeyd edib ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri ÜDM-in 31,4 faizi həcmində olmaqla 18 milyard 384 milyon manat, 2012-ci ili faktiki göstəricisinə nisbətən 6,4 faiz və yaxud 1 milyard 103 milyo manat nəzərdə tutulur:

"2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin praqnozu ilə müqayisədə 7 faiz artacaq. Dövlət Neft Fondundan edilən transfer nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunan proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat nəzərdə tutulur. Gələn il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfer nəzərdə tutulur. Yəni transferin məbləği cari illə müqayisədə 2 milyard manatdan çox azalacaq. Gələn ildə Vergilər nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari ilin praqnozu ilə müqayisədə 702 milyon manat çoxdur. Dövlət Gömrük komitəsində dövlət büdcəsinə 1 milyard 510 milyon manat daxiloma praqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,4 faiz çoxdur".

"2014-cü ildə dövlət büdcəsinin yerli gəlirləri 779 milyon manat nəzərdə tutulur. Dövlət büdcəsinin xərcləri ÜDM-in 34,3 faizi həcmində olacaq. Dövlət büdcəsinin xərcləri müstəqillik dövründə hələlik ən yüksək həddə çatmaqla 20 milyard 63 milyon manat olacaq ki, bu da cari illə müqayisədə 1,1 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin 54,2 faizi və yaxud 10 milyard 882 milyon manatı cari xərclərə, 41,9 faizi və yaxud 8 milyard 401 milyon manatı əsaslı xərclərə, 3,9 faizi isə və yaxud 781 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək" - deyə nazir çıxışına əlavə edib. O çıxışı zamanı vurğulayıb ki, 2014-cü ilin dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 3,9 faiz artıb, əsaslı xərclərin xüsusi çəkisi isə müvafiq olaraq 3,9 faiz azalıb. Dövlət borcuna xidmətlə bağlı xərclər isə eyni səviyyədə qalıb. 2014-cü ilin dövlət büdcəsindən 9 milyard 526 milyon manat proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsinin xərclərində sosial yönümlü xərclərin məbləği 5 milyard 337 milyon manat təşkil edəcək. Bu da cari ilə nisbətən 299 milyon manat çoxdur. Sosial yönümlü xərclərin xüsusi çəkisi 26,6 faiz olmaqla cari illə müqayisədə 1,3 faiz çoxdur. Nazir bildirib ki, sahibkarlığın inkişaf etdirilməsi üçün dövlət büdcəsindən 150 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: "Kənd təsərrüfatının istehsalı ilə məşğul olan fermerlərə mikro kreditlərin verilməsi üçün 5 milyon manat vəsait ayrılacaq. İpoteka kreditləri üçün isə 40 milyon manat ayrılacaq. Avropa Olimpiya oyunlarının keçirilməsi üçün də dövlət büdcəsindən müvafiq məbləğdə vəsait ayrılacaq. Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə 60 milyon manat ayrılması nəzərdə tutulub. 2014-cü ildə dövlət büdcəsinin kəsiri 1 milyard 679 milyon manat məbləğində praqnozlaşdırılır. İcmal büdcənin gəlirləri 21 milyard 986 milyon manat təşkil edəcək. Xərclər isə 24 milyard 444 milyon manat olacağı praqnozlaşdırılır". 2014-2017-ci illər üzrə ölkənin makroiqtisadi praqnoz göstəriciləri, o cümlədən növbəti ildə ÜDM-in 5, 2 faizi, qeyri-neft ÜDM-in isə 10 faizlik artım sürəti əsas götürülüb. Xam neftin 1 barel üçün orta qiyməti 100 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsində yerli gəlirlər 779 milyon manat məbləğində praqnozlaşdırılır. Bu da cari illə müqayisədə 83 milyon manat çoxdur.

Təbii ki, gələn il üçün büdcə artıqlıqları da olacaq. Bu əsasən münbit neft qiymətlərinin konnekturası ilə bağlıdır. Bu da xəzinədə qalmaqla növbəti ildə büdcənin kəsirinin maliyyələşməsinə yönəldiləcək. 2014-cü ildə sosial müdafiə və sosial təminatlı xərclər 14 faiz, kənd və meşə təsərrüfatı, eləcə də balıqçılıq xərcləri 13, 9 faiz, elm xərcləri 12, 5 faiz, səhiyyə xərcləri 8,4 faiz, təhsil xərcləri 8 faiz, mədəniyyət, incəsənət, informatika və idman xərcləri 7,5 faiz, müdafiə xərcləri 7 faiz, iqtisadi fəaliyyət xərcləri 19 faiz, nəqliyyat və rabitəyə 8,7 faiz, mənzil kommunal və təsərrüfatı xərclərinin 14 faiz artımı praqnozlaşdırılır.

Dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclər nəzərə alınmadan dövlət büdcəsi xərclərinin 3 milyard 266 milyon manatı məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Xroniki böyrək çatışmazlığı üzrə tədbirlərə təxminən 30 milyon manat, hemofiliya və talassemiya, qan xətsəlikləri üzrə tədbirlərə 21,2 milyon manat, xərçəng xəstəliyi ilə mübarizə üzrə dövlət proqramının təmin olunması üçün təxminən 40 milyon manat, şəkərli diabet üzrə dövlət proqramına 34 miylon manata qədər vəsait ayrılacaq. Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi layihəsində dövlət sosial müdafiə və pensiya xərclərinin 14% artırılması nəzərdə tutulub. Dövlət büdcəsindən pensiya xərcləri üçün 1,142 mlrd. manat ayrılacaq ki, bu da cari il ilə müqayisədə 65 mln. manat (6%) çoxdur. 2014-cü ilin dövlət büdcəsini fərqləndirən əsas cəhət növbəti il üçün verilən proqnozlardır. Bu proqnozlar göstərir ki, ölkə 2020-ci ilədək qarşıya qoyduğu hədəflərə nail olacaq. Dünyada davam edən böhran nəticəsində Azərbaycanda gedən makroiqtoisadi göstəricilər normaldır. Bu makroiqtisadi göstəricilər ölkənin potensial iqtisadiyyatının inkişafına və gözlənilən böhranlardan qorunmağa imkan verir. Bununla da 2020-ci il stragetiyasına çatmaq üçün bütün hədəflər burada öz əksini tapıb. Bütün bunlara nail olmağın yolları büdcə paketində öz əksini tapıb. Builki büdcəni əsas fərqləndirən cəhətlərdən biri büdcənin formalaşdırılmasında neft və qeyri-neft sektorunun nisbət dəyişməsidir.

Belə ki, büdcə formalaşmasında qeyri-neft sektoruna üstünlük verilib. Yaxın gələcəkdə qeyri-neft sektorunun yükü aratacaq. Aparılan proqnozlara baxsaq, 2017-ci ildə dövlət büdcəsinin formalaşmasında neft sektorunun payı 27 faiz olacaq. Bu gün neftin ÜDM-də xüsusi çəkisi 41 faiz təşkil edir. 2017-ci ildə bu rəqəm 27 faiz təşkil edəcək. Bu bir daha göstərir ki, qeyri-neft sektoru Azərbaycanda artıq oturuşmuş bir sistemdir və bunun nəticəsində büdcə gəlirləri artacaq.

Nazir qeyd edib ki, Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə dövlət büdcəsindən 2,5 mln. , sahibkarlığın güzəştli kreditləşdirilməsinə 150 mln. , kənd təsərrüfatının inkişafı üçün isə "Aqrolizinq" ASC-yə 35 mln. manat ayrılması planlaşdırılır.

S.Şərifov vurğulayıb ki, Azərbaycanın xarici dövlətlərdəki 57 səfirlik, 9 baş konsulluq və beynəlxalq təşkilatlar yanında nümayəndəliklərin maliyyələşdirilməsi, beynəlxalq tədbirlərdə iştirakı üçün 20 mln. manat nəzərdə tutulub:
"Gələn ildən regionların maliyyələşməsi proqramına uyğun olaraq Sumqayıt, Şirvan, Mingəçevir, İmişli rayonlarına dövlət büdcəsindən cari xərclər üçün vəsait ayrılmayacaq".


Teqlər:





Xəbər lenti